• DÜNYA

    04:49 25 may 2020

ABŞ təzəlikcə Braziliyada olan əcnəbilərə girişi bağlayıb

ABŞ Prezidenti Donald Tramp hazırda koronavirus infeksiyasına yoluxma hallarının hədsiz artdığı Braziliyaya son 14 gün ərzində səfər etmiş əcnəbilərin Birləşmiş Ştatlara daxil olmasını qadağan edib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ağ Evin rəsmi nümayəndəsi Keyli Makinani öz açıqlamasında deyib.

“Bu gün prezident ölkəmizin mühafizəsi üçün qəti addımlar ataraq, ABŞ-a gəlmək üçün müraciət etməzdən əvvəl 14 gün müddətində Braziliyada olan xarici vətəndaşların girişini dayandırdı. Bugünkü aksiya Braziliyada olan əcnəbilərin ölkəmizdə əlavə virus mənbəyinə çevrilməməsinə zəmanət verəcək. Bu yeni məhdudlaşdırıcı tədbirlər ABŞ-la Braziliya arasında ticarət dövriyyəsinə təsir etməyəcək”, - Makinaninin açıqlamasında belə deyilir.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR