ABŞ marşal Xəlifə Xəftarın qoşun birləşmələrindən Tripoliyə hücumu dərhal dayandırmağı tələb edib.
ONA-nın TASS-a istinadən yaydığı xəbərinə görə, bunu ABŞ-ın dövlət katibi Mayk Pompeo bildirib.
Pompeo qeyd edib ki, Tripoliyə hücum mülki şəxslərin təhlükəsizliyini sual altına qoyur.
Onun sözlərinə görə, atəş hər iki tərəfdən dayandırılmalıdır.