Türkiyə Rusiyadan “C-400” zenit təyyarə sistemini alacağı təqdirdə, rəsmi Vaşinqton və Ankaranın hərbi əlaqələrində bunun ciddi nəticələri olacaq.
ONA TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi Çarlz Sammers jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Türkiyə Rusiyadan “C-400” təyyarə sistemini alacağı halda, ABŞ-ın “Patriot” təyyarə zenit kompleksini və “F-35” qırıcılarını əldə edə bilməyəcək.
Qeyd edək ki, bundan öncə NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı Körtis Skaparotti bəyan etmişdi ki, rəsmi Ankara Moskvadan “C-400” əldə edərsə, Pentaqon Türkiyəyə “F-35”-in satılmamasını məsləhət görür.
“C-400” uzaq məsafəli zenit təyyarə sistemidir, qanadlı və ballistik təyyarələrin məhv edilməsi üçün nəzərdə tutulub.