• DÜNYA

    21:07 3 may 2019

ABŞ və Rusiya prezidentləri arasında telefon danışığı baş tutub

ABŞ prezidenti Donald Trump və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.

ONA-nın xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Ağ Evin mətbuat katibi Sara Sanders qeyd edib ki, söhbət zamanı iki ölkə liderləri KXDR və Venesueladakı vəziyyəti, eləcə də strateji hücum silahlarının daha da azaldılması və məhdudlaşdırılması tədbirləri barədə müqaviləni genişləndirmək məsələlərini müzakirə ediblər.

Bundan əlavə, söhbət çərçivəsində dövlət başçıları 2016-cı il ABŞ prezident seçkilərində Rusiyanın müdaxiləsi ilə bağlı xüsusi prokuror Robert Mullerin hesabatınna da toxunublar.

ONA

Teqlər:

SON XƏBƏRLƏR