Rəsmi Vaşinqton gözlənilmədən ABŞ prezidenti Donald Trampla rusiyalı həmkarı Vladimir Putin arasında görüşün keçirilməsinə dair müraciət edib.
ONA-nın məlumatına görə, bu barədə “Kommersant” qəzeti Dövlət Departamentinə yaxın mənbəyə istinadən xəbər yayıb. Görüşün Yaponiyanın Osaka şəhərində iyunun 10-da keçirilməsi planlaşdırılan G 20 sammiti çərçivəsində baş tutacağı ehtimal edilir.
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov da RİA Novosti-yə açıqlamasında görüşün olmasını istisna etməyib. O bildirib ki, dövlət katibi Mayk Pompeonun mayın 14-də Soçiyə səfəri zamanı bu məsələ müzakirə oluna bilər.