"Fəxrlə qeyd etmək istəyirəm ki, ABŞ və Türkiyə Suriyada atəşkəslə bağlı qərar qəbul edib".
APA-nın "CNN Türk"ə istinadən verdiyi xəbərə görə, bunu Türkiyədə səfərdə olan ABŞ-ın vitse-prezidenti Mayk Pens deyib.
O, qeyd edib ki, YPG 5 gün müddətinə təhlükəsiz bölgədən geri çəkiləcək. Onun sözlərinə görə, Türkiyə prezidenti R.T.Ərdoğanla təhlükəsiz bölgə məsələsində razılaşma əldə edilib: "Barış bulağı" əməliyyatı dayandırılacaq, 5 gün içində təhlükəsiz bölgə elan ediləcək və YPG ərazidən çəkiləcək. Suriya sərhədlərində təhlükəsizlik təmin olunacaq".
Pens hərbi əməliyyatlar başa çatanda sanksiyaların da dayandırılacağını əlavə edib.