ABŞ Türkiyə ilə dostluq və müttəfiqliyi təhlükə altına qoymamalıdır.
ONA-nın Türkiyə mətbuatına istinadən yaydığı xəbərinə görə, bunu Türkiyənin vitse-prezidenti Fuat Oqtay amerikalı həmkarı Mayk Pensin bəyanatına cavab olaraq deyib.
“Birləşmiş Ştatlar qərara gəlməlidir - ya Türkiyə ilə müttəfiq qalmağı, ya da dostluğu təhlükə altına qoyaraq, terrorçularla əməkdaşlıq etməyi seçməlidirlər”, - deyə F. Oqtay bildirib.
Bundan öncə isə ABŞ-ın vitse-prezidenti Mayk Pens Türkiyənin Rusiya istehsalı olan S-400 zenit-raket sistemləri almasını şərh edərkən bunun qəbul olunmaz olduğunu bəyan edib.
"Türkiyə seçim etməlidir. O, tarixin ən müvəffəqiyyətli hərbi ittifaqında əhəmiyyətli partnyor kimi qalmaq istəyirmi, yoxsa belə düşünülməmiş qərarları - hansılar ki, bizim ittifaqımızı pozur - qəbul edərək, bu əməkdaşlığın təhlükəsizliyi ilə bağlı risk etmək istəyir",- deyə Pens bildirib.