ABŞ Venesuela hakimiyyəti ilə iş birliyində olan üçüncü ölkələrə də sanksiya tətbiq oluna biləcəyini istisna etmir.
ONA-nın məlumatına görə, bu barədə ABŞ-ın xüsusi nümayəndəsi Elliot Abrams bildirib.
“Biz hələlik ikinci bir sanksiya tətbiq etməmişik. Ancaq belə bir ehtimal var. Bu, Venesuela rejiminin davranışlarından asılı olacaq”, - deyə Abrams Vaşinqtonda keçirdiyi mətbuat konfransında vurğulayıb.
ABŞ hələlik yalnız Venesuelaya, ölkə rəhbərliyinə və dövlət şirkətlərinə qarşı birbaşa sanksiya tətbiq edib.
Bundan əvvəl ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Venesuela ilə yaxın münasibətlərinə görə Kubaya iqtisadi təzyiq göstəriləcəyini bəyan etmişdi.
Qeyd edək ki, Venesuelanın hazırkı prezidenti Nikolas Maduroya qarşı kütləvi aksiyalar bu il yanvarın 21-də - növbəti müddətə prezident seçilməsi münasibətilə andiçmə mərasimindən az sonra başlayıb.
Daha sonra müxalifətin üstünlük təşkil etdiyi parlamentin sədri Xuad Quaido özünü dövlət başçısı elan edib. ABŞ başqa olmaqla bəzi qərb dövlətləri prezident kimi Quaidonu tanıyıb.
Çin, Rusiya və daha bir neçə ölkə isə Quaidonu “ABŞ-ın kuklası” adlandıran Maduronu legitim prezident kimi tanıdığını bəyan edib.