• DÜNYA

    21:53 26 aprel 2019

ABŞ Venesuelanın XİN rəhbərinə qarşı sanksiya tətbiq edib

Rəsmi Vaşinqton Venesuelanın xarici işlər naziri Xorxe Arreasaya qarşı sanksiya tətbiq edib.

ONA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Maliyyə Nazirliyinin məlumatında deyilir.

Bildirilir ki, sanksiya hakim Kerol Padilyaya da şamil edilib.

Qeyd edək ki, X.Arreasa 2017-ci ildən Venesuela XİN-ə rəhbərlik edir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR