ABŞ Venesuelaya hərbi müdaxilə etməyə hazırlaşmır.
ONA-nın "TASS"-a istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın Venesuela üzrə xüsusi nümayəndəsi Elliot Abrams Rusiyanın xarici işlər naziri Segey Lavrovun sözlərini şərh edərkən deyib.
“Düşünmürəm ki, Lavrov buna həqiqətən inanır. Çünki bildiyiniz kimi biz hərbi müdaxiləyə hazırlaşmırıq”, - deyə amerikalı diplomat bildirib.
Onun sözlərinə görə, ABŞ Venesuelaya qarşı iqtisadi, maliyyə təzyiqi siyasətini həyata keçirir.