• DÜNYA

    19:04 19 mart 2019

ABŞ Venesuelaya qarşı sanksiyaları genişləndirib

ABŞ Venesuelaya qarşı sanksiyaları genişləndirib.

ONA TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin açıqlamasında deyilir.

Bildirilir ki, Venesuelanın “Minerven” mədənçilik korporasiyası və onun rəhbəri Adrian Antonio Perdomo Mataya qarşı sanksiyalar tətbiq edilib.

ABŞ həmçinin “Globovision” telekanalının sahibləri Raul Qorrin və Qustavo Perdomo ilə əlaqədə olan 2 fiziki şəxsi qara siyahıdan çıxarıb. Nazirlik bu tədbirlərin səbəbini açıqlamayıb.

Rəna

Teqlər:

SON XƏBƏRLƏR