• DÜNYA

    09:22 5 fevral 2023

ABŞ Yaponiyada hipersəs və qanadlı raketlər yerləşdirmək istəyir

ABŞ Yaponiyadan Çinə qarşı LRHW hipersəs raketləri və Tomaqavk qanadlı raketlərini bu ölkənin ərazisində yerləşdirmək üçün icazə istəyir.

ONA-nın xəbərinə görə, bu barədə “Sankei” qəzeti məlumat yayıb.

ABŞ Yaponiya ərazisində belə raketlərin yerləşdirilməsini Çinin Sakit okeana çıxışını bağlayacaq ilk addımlardan biri sayır. Vaşinqton Tokio ilə 3 il əvvəl bununla bağlı işçi səviyyədə danışıqlara başlayıb. Yaponiya məsələyə müsbət yanaşır və razılıq vermək niyyətindədir. Lakin bu məsələ yanvarda Yaponiya Baş naziri Fumio Kişida və ABŞ Prezidenti Co Bayden, o cümlədən xarici siyasət və müdafiə idarələrinin rəhbərlərinin 2+2 formatında keçirilən görüşündə qaldırılmayıb.

Qeyd edək ki, orta və kiçik mənzilli raketlərin ləğvinə dair razılaşmaya əsasən ABŞ-ın 500-5000 km mənzilli raketləri yoxdur, amma Çinin mindən çox belə raketi var. 2019-cu ildə orta və kiçik mənzilli raketlərin ləğvinə dair razılaşma qüvvəsini dayandırdıqdan sonra ABŞ sürətlə orta mənzilli raketlərin, o cümlədən hipersəs raketlərin hazırlanmasına çalışır.

“Sankei” yazıb ki, söhbət LRHW və 100 qanadlı “Tomahawk” raketindən söhbət gedir. Lakin ABŞ-ın bu raketlərdən Yaponiyada neçəsini yerləşdirmək istədiyi açıqlanmır. Raketlərin yerləşdirilmək istənildiyi məkan dəqiq məlum olmasa da, bu məkanlar sırasında Kyusyu adasının olacağı ehtimal edilir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR