“Gürcüstanda milli azlıqlar səsvermə prosesində aktiv iştirak etsələr də, seçki öncəsi kampaniyalarda fəaliyyət göstərmirlər”.
ONA-nın yerli bürosu “İnterpresnyus”a istinadən xəbər verir ki, Gürcüstan Açıq Cəmiyyət Fondunun rəhbəri Keti Kutsişvili etnik azlıqların siyasi proseslərdə iştirakı ilə bağlı belə deyib. Bildirib ki, hökumətin inteqrasiya siyasətinə baxmayaraq etnik azlıqların iştirak səviyyəsi az olaraq qalır.
“Milli azlıqlar seçkilərdə aktiv iştirak edirlər. Amma onlar heç bir hərəkatlara qoşulmur, seçki öncəsi kampaniyalarda iştirak etmirlər. QHT-lər bu faktı nəzərə almalı, etnik azlıqları bu cür kampaniyalarda iştirak etməyə təşviq etməlidirlər”, - deyə Keti Kutsişvili bildirib
Qeyd edək ki, Gürcüstanda ən böyük etnik azlıq azərbaycanlılardır. Rəsmi statistikaya əsasən bu ölkədə azərbaycanlıların sayı 300 mindən çoxdur.