Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Kulturologiya fakültəsi, “Sosial-siyasi elmlər” kafedrasının baş müəllimi vəfat edib.
Universitetdən APA-ya verilən məlumata görə, Şöhrət Əhməd oğlu İsmayılov uzun sürən xəstəlikdən sonra vəfat edib: "O, həmçinin, ADMİU-nun müəllimi, aktyor Ruslan İsmayılovun atasıdır.
ADMİU-nun rəhbərliyi, professor-müəllim heyəti adından mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir, Allahdan səbr diləyirik!
Allah rəhmət eləsin!"