• DÜNYA

    20:35 11 may 2019

ABŞ admiralı “USS Abraham Linkoln” gəmisinin Hörmüz boğazına göndərilə biləcəyini bəyan edib

ABŞ-ın Bəhreyndə yerləşən 5-ci donanmasının komandanı admiral Ceyms Malloy İranın ölkəsinə qarşı təhdidləri ilə bağlı yeni kəşfiyyat məlumatlarının olduğunu qeyd edib.

ONA “Reuters”ə istindadla xəbər verir ki, donanma komandanı ABŞ xüsusi xidmət orqanlarının əldə etdiyi məlumatları əsas gətirərək qeyd edib ki, ehtiyac olarsa, “USS Abraham Linkoln” gəmisi Hörmüz boğazına göndəriləcək.

Lakin o, İrana qarşı hərbi əməliyyatların başlayıb-başlamayacağı ilə bağlı heç bir fikir səsləndirməyib.

Məlumat üçün bildirək ki, ABŞ-ın Yaxın Şərqə göndərdiyi "USS Abraham Linkoln" təyyarə daşıyan gəmisi artıq Süveyş kanalını keçib. Gəminin ABŞ-ın 5-ci donanmasının nəzarətində olan hərbi dəniz qüvvələrinə qoşulacağı ehtimal edilir.

Bu arada B-52 tipli strateji bombardımançı təyyarələrin Qətərin “Əl-Üdeyd” hərbi bazasında eniş etdiyi barədə xəbərlər yayılıb.

Qeyd edək ki, Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton ölkəsinin bu addımlarını İrana açıq mesaj kimi xarakterizə edib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR