AEBA: Reaktorların soyudulması üçün  Zaporojye AES elektriklə təmin olunur
  • DÜNYA

  • 19:33 11 Sentyabr 2022

AEBA: Reaktorların soyudulması üçün Zaporojye AES elektriklə təmin olunur

Zaporojye Atom Elektrik Stansiyasına (AES) kənardan elektrik enerjisi təchiz edən ehtiyat xətt bərpa olunub.

ONA-nın xəbərinə görə, bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) ”Tvitter” səhifəsində məlumat paylaşıb.

Bu, Zaporojye AES-də reaktorların soyudulması və digər işlərinin aparılması üçün vacibdir.

Qeyd edək ki, bu gün yerli vaxtla saat 03:41-də Zaporojye Atom Elektrik Stansiyasının fəaliyyətdə olan sonuncu - 6 nömrəli enerji bloku da elektrik şəbəkəsindən ayrılıb.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR