Yunanıstan paytaxtında ABŞ əleyhinə keçirilən mitinq və yürüşlərdə qarşıdurmalar yaşanıb. Polis mitinq iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə edib.
APA xəbər verir ki, bu barədə yerli “AMHA” agentliyi məlumat yayıb.
Nümayişçilər ABŞ dövlət katibi Mayk Pompeonun Yunanıstana səfərinə və yeni müdafiə sahəsində əməkdaşlıq müqaviləsinin imzalanmasına qarşı çıxıblar. Sənəd Amerika qoşunlarının daha üç hərbi bazaya yerləşdirilməsini nəzərdə tutur. Bununla yanaşı, Kritdə artıq ABŞ ordusunun şəxsi heyəti var.
Qarşıdurmalar etirazçıların ABŞ-ın sabiq prezidenti Trumenin abidəsinə qırmızı boya ilə dolu bağlamalar atdığı zaman başlayıb. Polislər gözyaşardıcı qazla bu addımın qarşısını almaq istəyəndə mitinq iştirakçılarının müqaviməti ilə üzləşiblər.