Meşələrdə və savannalarda yaşayan Afrika fillərini yox olmaq təhlükəsi gözləyir. Ekoloqlar brakonyerliyə təcili son qoyulmasını tələb edirlər.
APA “Daily Mail”ə istinadən xəbər verir ki, belə bir xəbərdarlıqla Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyin baş direktoru Bruno Oberle çıxış edib.
“Brakonyerliyi təcili olaraq dayandırmalı və həm meşə, həm də savanna fillərinin uyğun bir mühitdə saxlanılmasını təmin etməliyik”, - Oberle belə deyib.
İsveçrə təşkilatı tərəfindən aparılan son araşdırmalara görə, savanna fili “nəsli kəsilmək üzrədir”, ancaq daha kiçik və daha yüngül meşə fillərini kritik təhlükə gözləyir. Hazırda Afrikada cəmi 415 min fil qalmaqdadır.