Ağ Ev özünün koronavirus üzrə işçi qrupunun üzvlərinə Konqresdə ifadə verməyi qadağan edib.
APA xəbər verir ki, bu barədə “Hill” qəzeti ABŞ administrasiyasının yüksək vəzifəli nümayəndəsinə istinadən məlumat yayıb.
“Hazırda bizə hər kəsin öz yerində olması və koronavirusa anında reaksiyanın prioritet qalması lazımdır”, - deyə qəzet administrasiya nümayəndəsindən sitat gətirib.
Bundan əvvəl Nümayəndələr Palatasından bildirilib ki, gələn həftə işçi qrupa ezam edilmiş müxtəlif qurumlardan olan məmurların dindiriləcək. Belə ki, Nümayəndələr Palatasını idarə edən demokratlar ABŞ administrasiyasının koronavirus pandemiyasına gecikmə ilə və yanlış reaksiya verdiyindən şübhələnir.
Bundan sonra Ağ Ev Milli Allergiya və İnfeksion Xəstəliklər İnstitutunun rəhbəri Entoni Fauçiyə Konqresdə ifadə verməyi qadağan edib.