ABŞ Prezidenti Donald Trampın 2018-ci ildə əldə etdiyi gəliri 434 milyon dollar təşkil edib.
ONA Türkiyə KİV-ə istinadla xəbər verir ki, bu barədə məlumatı Ağ ev açıqlayıb.
Sənəddə qeyd edilib ki, prezident Vaşinqtonda yerləşən "Trump International Hotel"indən 40,8 milyon, Florida ştatındakı “Mar-a-Lago Otel”indən isə 22.7 milyon dollar qazanıb.
Bildirilir ki, Trampın gəlirləri əvvəlki illərə nisbətən keçən il təxminən 15 milyon dollar azalıb.
O, 2017-ci ildəki gəlirlərinin 450 milyon dollar dəyərində olduğunu elan etmişdi.