Rəsmi Vaşinqton ABŞ-ı İranın mümkün təhlükəsindən müdafiə etmək üçün Yaxın Şərqə 10 min hərbçi göndərməyi planlaşdırır.
ONA-nın xarici mediaya istinadən verdiyi xəbərə görə, bu barədə Pentaqon rəsmiləri açıqlama verib.
Bildirilib ki, ABŞ-ın bu addımı İran tərəfindən yeni təhdidlə əlaqədardır. Məqsəd regionda sabitlik və təhlükəsizliyin qorunmasıdır.
"Patriot" zenit-raket kompleksi və döyüş gəmiləri ilə təchiz ediləcək yeni qüvvələrə İranı nəzarət altında saxlamaq tapşırılacaq.
Lakin bildirilib ki, "gücləndirici" xarakter daşıyan bu plan elan edilsə də, hələlik qərar qəbul edilməyib.