• DÜNYA

    06:20 10 fevral 2020

Ağ Ev yaxınlığında Trampı öldürməklə hədələyən şəxs tutulub


Ağ Evin yaxınlığında ABŞ Prezidenti Donald Trampı öldürməklə hədələyən Florida ştatının sakini Kolumbiya polisi tərəfindən saxlanılıb.

APA xəbər verir ki, bu barədə “Washington Post” qəzeti məlumat dərc edib.

Hadisə şənbə günü günortadan sonra baş versə də, xəbər rəsmi olaraq bazar günü yayımlanıb.

Kolumbiya polisinin məlumatında bildirilib ki, 25 yaşlı Florida sakini hüquq-mühafizə orqanlarının əməkdaşlarına prezident Donald Trampı öldürmək niyyətində olduğunu söyləyib.

Rəşad

Teqlər:

SON XƏBƏRLƏR