"Baş nazir Tereza Meyin “Brexit”lə bağlı təklif etdiyi saziş Böyük Britaniyanın Avropa İttifaqını qaydalara uyğun şəkildə tərk etməsi üçün yeganə həll yoludur".
ONA-nın “Guardian”-a istinadən verdiyi xəbərə görə, bu sözləri Avropa İttifaqının “Brexit” danışıqları üzrə xüsusi nümayəndəsi Mişel Banier deyib.
“Əgər seçim Aİ-ni saziş olmadan tərk etməkdirsə və ya əksinə Aİ-nin tərkibində qalmaqdırsa, bu başqa məsələdir. Əks halda, Tereza Meyin təklif etdiyi razılaşma yeganə həll yoludur",- deyə M.Barnier qeyd edib.