“Böyük Britaniyanın Aİ-ni razılaşmasız tərk etməsinin qarşısını almaq mümkündür”.
ONA-nın Britaniya bürosunun “BBC News”a istinadən verdiyi xəbərə görə, bu sözləri Aİ-nin “Brexit” danışıqları üzrə səlahiyyətli nümayəndəsi Maykl Barnyer deyib. O bildirib ki, Britaniya böyük ehtimalla “Brexit”i heç bir razılaşma olmadan həyata keçirəcək: “Ancaq bundan yayınmaq olar. Böyük Britaniyanın Aİ-də çıxması aprelin 12-nə nəzərdə tutulub. Bu müddəti uzatmaq Aİ üçün risk daşıyır. Aİ-nin bununla razılaşması üçün güclü əsaslandırmaya ehtiyacı var”.
Qeyd edək ki, dünən Böyük Britaniya parlamentinin üzvləri “Brexit” istiqamətində növbəti addımlarla bağlı üçün səsverməyə təqdim olunan dörd təklif barədə razılıq əldə edə bilməyiblər.
Aytən Abbaslı