• DÜNYA

    13:08 4 aprel 2019

Aİ Xuan Quaydonun toxunulmazlığının götürülməsi ilə bağlı qərarı tanımır

Avropa İttifaqı Venesuelanın Konstitusiya Assambleyasının müxalifət lideri Xuan Quaydonun toxunulmazlığının götürülməsi ilə bağlı qərarını tanımır.

ONA xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerininin yaydığı bəyanatda deyilir.

“Bu qərar Venesuela Konstitusiyasının, həmçinin qanunun aliliyi və hakimiyyət bölgüsü prinsiplərinin ciddi şəkildə pozulmasıdır, çünki parlament üzvlərinin toxunulmazlığını götürə biləcək yeganə səlahiyyətli orqan Milli Assambleyadır", - deyə ali nümayəndə bildirib.

F.Moqerininin sözlərinə görə, belə hərəkətlər siyasi böhrandan çıxışa mane olur və ölkədə gərginliyin artmasına səbəb olur. Onun sözlərinə görə, Avropa İttifaqı vəziyyəti izləməyə və baş verən hadisələrə reaksiya vermək üçün müvafiq addımlar atmağa davam edəcək.

Rəna

Teqlər:

SON XƏBƏRLƏR