Millətin iradəsinə arxalanmaq hər zaman üçün yeganə çıxış yolumuzdur.
ONA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik bildirib.
Ö.Çelik AKP-nin iqamətgahında keçirilmiş mətbuat toplantısında Ali Seçki Qurumunun (YSK) İstanbul bələdiyyəsi üzrə səsvermənin yenidən keçirilməsi barədə verdiyi qərarı doğru addım adlandırıb.
“Bu məsələ AKP və ya başqa bir partiyanın xeyirinin qorunması ilə bağlı məsələ deyil. Bu məsələ demokratiyanın hər tərəfində qazanan vətəndaşımızın səsinin konkret bir şəkildə ortaya qoyulması məsələsidir”, - deyə AKP rəsmisi bildirib.
Çelik öz çıxışında "YSK birinin əlindən alıb başqa birisini qalib elan etmir, seçkini yeniləyin, qanunsuzluqlar var, millətin iradəsinə yenidən müraciət edin deyir” – ifadələrini də dilə gətirib.