Ukrayna mənşəli tanınmış Fransa aktrisası Olqa Kurilenko koronavirusa yoluxub.
APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə aktrisa özünün “Instagram” səhifəsində məlumat paylaşıb.
“Koronavirus diaqnozu ilə evdə izolyasiya şəraitində oturmuşam. Artıq bir həftədir xəstələnmişəm. Hərarət və zəiflik – mənim əsas simptomlarımdır. Ehtiyatlı olun və bunu ciddiyə alın!”, - aktrisa belə yazıb.