• DÜNYA

    00:24 22 sentyabr 2019

Albaniyada baş vermiş zəlzələ zamanı 50-dən çox insan xəsarət alıb

Albaniyada baş vermiş zəlzələ 52 nəfərin yaralanmasına səbəb olub.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bundan əvvəl 44 nəfərin xəsarət aldığı deyilirdi.

İlk yeraltı təkanlar yerli vaxtla 06:04-də (Bakı vaxtı ilə 08:04) qeydə alınıb. Afina Universiteti Seysmoloji Laboratoriyası zəlzələnin gücünün əvvəlcə 5,6 bal gücündə olduğunu, daha sonra 6,0 səviyyəsinə yüksəldiyini bildirib. Zəlzələnin episentri Durres şəhərindən altı kilometr şimalda, zəlzələnin ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Bir neçə dəqiqə sonra 5,3 bal gücündə növbəti zəlzələ qeydə alınıb. Bunun ardınca maqnitudası 3,1-dən 4,1-ə qədər olan üç zəlzələ müşahidə edilib.

“Azı 52 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Tiranadakı binalar ziyan görüb, kərpic və divarların hissələri avtomobillərin üstünə düşüb, daha çox sahilyanı şəhər olan Durresdə evlərə ziyan dəyib”, - məlumatda belə deyilir.

Xəsarət alanlar xəstəxanalara yerləşdirilib. Onlar üçün həyati təhlükənin olmadığı deyilir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR