• DÜNYA

    08:47 13 may 2019

Albaniyada keçirilən etiraz aksiyalarında azı 50 nəfər saxlanılıb, yaralılar da var

Albaniya polisi Tiranada keçirilmiş hökumət əleyhinə etiraz aksiyalarında azı 50 nəfəri saxlayıb. Saxlanılanların əksəriyyəti müxalif Demokratik partiyanın üzvləridir.

ONA “RİA Novosti”yə istinadən xəbər verir ki, Demokratik partiyanın tərəfdarlarının hakim Sosial partiyanın siyasətinə qarşı keçirdiyi kütləvi etiraz aksiyasında polislə qarşıdurmalar da olub.

Aksiya iştirakçıları polisə “Molotov kokteyli” və daş atıb. Polis isə cavabında gözyaşardıcı qazdan, su şırnağından və rezin dəyənəklərdən istifadə edib. Etirazçılar parlament binasının girişi qarşısında avtomobili yandırıb.

“50-dən çox etirazçı saxlanılıb, ümumilikdə 84 nəfər məsuliyyətə cəlb olunub. Onların arasında bir neçə deputat və Demokratik partiyanın rəhbər şəxsləri də var”, - polisin məlumatında belə deyilir.

Həmçinin bildirilib ki, aksiyalar zamanı DİN-in 15 əməkdaşı da xəsarət alıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR