Prezident Aleksandr Lukaşenko Belarusda seçkilərin bayram əhval ruhiyyəsində keçdiyini bəyan edib.
APA-nın "Belta" agentliyinə istinadən verdiyi məlumata görə, o, MDB İcra Komitəsinin sədri, MDB-dən olan müşahidə missiyasının rəhbəri Sergey Lebedevlə görüşündə bildirib ki, bu bayramı kimlərin korlamaq istədiyini hamı görüb.
“Siz ki, gördünüz, biz insanlara bayram bəxş etmək istədik. Lakin kimlərsə bu bayramı korlamaq istədi. Biz onları gördük – onlar bu gecə daha aydın göründülər”, - deyə Belarus lideri vurğulayıb.
Lakin A. Lukaşenkonun rəqibləri bununla razılaşmayıb. Onların tərəfdarları küçələrə çıxaraq, nəticələrə etiraz edib. Gecə boyu paytaxt Minskdə və ölkənin digər yerlərində etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmalar olub.
Xəsarət alanlar və saxlanılanlar var.