• DÜNYA

    12:59 16 aprel 2019

Aleksandr Lukaşenko bu gün Türkiyəyə rəsmi səfər edəcək

Belarus prezidenti Aleksandr Lukaşenko bu gün Türkiyəyə rəsmi səfər edəcək.

ONA “Anadolu”ya istinadən xəbər verir ki, səfər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə baş tutacaq.

Bildirilir ki, səfər çərçivəsində Aleksandr Lukaşenko və Rəcəb Tayyib Ərdoğan arasında danışıqlar keçiriləcək. Məlumata görə, danışıqlar zamanı Türkiyə-Belarus əlaqələri, həmçinin ikitərəfli əməkdaşlığın genişləndirilməsinə dair gələcək addımlar müzakirə ediləcək və regional və beynəlxalq gündəmdə olan məsələlər üzrə fikir mübadiləsi aparılacaq.

Həmçinin səfər çərçivəsində bir sıra hökumətlərarası sazişlərin imzalanması və Türkiyə-Belarus biznes forumunun keçirilməsi nəzərdə tutulub.

Rəna

Teqlər:

SON XƏBƏRLƏR