• DÜNYA

    07:39 10 aprel 2021

"Alibaba" şirkəti inhisarçılığa yol verdiyinə görə 2,78 mlrd. dollar cərimələnib

ÇXR-in bazarlara nəzarət üzrə dövlət agentliyi “Alibaba” şirkətini antiinhisarçılıq qanunlarını pozduğu üçün 18,22 milyard yuan (2,78 milyard dollar) cərimələyib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə açıqlama tənzimləyicinin saytında dərc olunub.

“İnhisarçılıqla bağlı qanunun pozulması ilə əlaqədar “Alibaba”nın cərimələnməsinə qərar verilib. Şirkət milli qanunları pozmağı dayandırmalıdır, cərimənin məbləği 2019-cu ildə şirkətin Çin ərazisindəki 455,71 milyard yuanlıq (69,67 milyard dollar) satışının 4%-i olacaq. Belə olan halda, “Alibaba” 18,22 milyard yuan (2,78 milyard dollar) ödəməlidir”, - deyə məlumatda bildirilib.

Sənədə əsasən, istintaq təsdiqləyib ki, “Alibaba” şirkəti istehlakçıları öz xidmətlərindən “seçim hüququ olmadan” istifadəyə məcbur etmək siyasəti yürüdüb: “Bu, Çin elektron ticarət bazarının rəqabət mühitinə mənfi təsir edib”.

Sənəddə qeyd olunur ki, cərimə ilə bağlı qərar “real faktlar və mövcud dəlillər əsasında verilib” və “istehlakçıların qanuni hüquqlarını təmin edəcək”.

İnternet nəhəngi “Alibaba” şirkətinin rəhbərliyi dövlət agentliyinin bu qərarını doğru addım adlandırıb. Şirkət tərəfindən yayılmış açıqlamada qeyd olunub ki: “Çin Xalq Respublikasının bazarlara nəzarət üzrə dövlət agentliyindən cərimə tətbiqi barədə bildiriş aldıq və bu qərarı səmimi şəkildə qəbul edirik, biz qəti olaraq ona əməl edəcəyik. Biz yenilik və inkişaf yolunu tutacağıq, cəmiyyət qarşısında daha məsuliyyətli olacağıq”.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR