Rusiya, Cənubi Koreya, Fransa və Almaniya alimləri ilk dəfə olaraq meteoritlərin Yer kürəsi ilə toqquşması zamanı yaranan impakt almazlarını tədqiq etməyə nail olublar.
ONA-nın RİA" Novosti"yə istinadən yaydığı xəbərinə görə, bu haqda Sibir Federal Universitetin hesabatında deyilir.
Tədqiqat müəlliflərindən olan Artyom Kuklin qeyd edib ki, impakt almazlarının mexaniki göstəriciləri klassik almazlardan daha üstün olduğu üçün onları sənayenin müxtəlif sahələrində tətbiq etmək olar.
Rəngi bulanıq yaşıl olduğundan “kosmik” almazları zərgərlikdə istifadə etmirlər.
İmpakt almazlar yarım əsr əvvəl kəşf olunub, lakin strukturunun mürəkkəb olması onların öyrənilməsini çətinləşdirib.