Almaniya bir ay müddətində BMT Təhlükəsizlik Şurasına sədrlik edəcək.
ONA xəbər verir ki, bu barədə “DW” məlumat yayıb.
Bildirilir ki, Almaniya son 7 ildə ilk dəfə yenidən BMT Təhlükəsizlik Şurasına rəhbərlik edəcək. Almaniyanın xarici işlər naziri Hayko Maas bu gün Təhlükəsizlik Şurasının sədri, Fransanın xarici işlər naziri Jan-İv Le Drianı sədr vəzifəsində əvəz etmək üçün Nyu-Yorka yola düşüb.
“BMT Təhlükəsizlik Şurasının sədri kimi üzərimizə götürdüyümüz məsuliyyətin bütün dərinliyini dərk edirik”, - deyə H. Maas bildirib.
Qeyd edək ki, Almaniya bu ilin əvvəlində iki il müddətində Təhlükəsizlik Şurasının 10 qeyri-daimi üzvü siyahısına daxil olub.