Almaniya polisi ölkənin qərbində terror hücumunun təşkilində şübhəli bilinən 10 nəfəri həbs edib.
ONA xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Bildirilir ki, şübhəlilər Düsseldorf, Essen, Vuppertal, Menhelqladbahe, Duyzburq və Uilm şəhərlərində həbs ediliblər. Məlumata görə, həbs edilənlər “İŞİD” terror təşkilatı ilə əlaqədə şübhəli bilinir və onlardan biri tacik əsillidir.