Almaniyada 100 yaşlı qadın deputat seçilib.
ONA “DW”-ya istinadən xəbər verir ki, 26 may bəzi Almaniya regionlarında baş tutan kommunal seçkilər nəticəsində 100 yaşlı Lizel Hayze 911 səs toplayaraq, Kirxhaymbolanden şəhər şurasına deputat seçilib.
Lizel Hayze şəhərdə uzun illərdir fəaliyyət göstərməyən hovuzun açılışına nail olmaqdan ötrü siyasətə qoşulub: "Mənim üçün əsas uğur deyil, düzgün əməllərdir. Gücün olduqca səsini çıxarmalısan".
Məlumata görə, Hayzenin atası 80 il öncə bu şəhərin şurasının üzvü olub. 1938-ci ildə o, yerli sinaqoqun dağıdılmasını tənqid etdiyi üçün bir həftəlik həbs edilib və dostlarının köməyi ilə həbs düşərgəsindən qurtulub.
Qeyd edək ki, Kirxhaymbolanden şəhərində cəmi 7 800 nəfər yaşayır.