• DÜNYA

    08:14 4 avqust 2020

Almaniyada “CityAirbus” adlı uçan taksinin sınağı uğurlu olub


Alman mütəxəssislər tərəfindən “CityAirbus” adlı uçan taksi ixtira edilib.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, 4 sərnişinlə 100 kilometrə qədər məsafə qət etmək gücündə olan taksilər məsafədən idarə olunur. Elektrik enerjisi ilə işləyən “CityAirbus” saatda 120 kilometr sürət yığır.

İxtiraçılar ümid edirlər ki, yaxın gələcəkdə sözügedən taksilər şəhərlər arasında da uçuş edə biləcək. Dörd pərli avtomobil sürücüsüz hərəkət edir. Hələlik praktiki olaraq istifadəyə buraxılmayıb.

Qeyd edək ki, bu taksilərin 2019-cu ilin dekabr ayında ilk uçuşu uğurla keçirilib. Lakin onların nə vaxt istifadəyə veriləcəyi barədə dəqiq tarix göstərilməyib.

Rəşad

Teqlər:

SON XƏBƏRLƏR