• DÜNYA

    02:28 27 dekabr 2020

Almaniyada COVID-ə qarşı ilk peyvənd 101 yaşlı qadına vurulub

Almaniyada koronavirusa qarşı ilk peyvənd qocalar evində yaşayan 101 yaşlı bir qadına vurulub.

APA xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

Məlumata görə, “BioNTech” və “Pfizer” şirkətlərinin müştərək istehsal etdikləri peyvənd digər qocalar evinin digər sakinlərinə və işçi heyətə vurulub.

Qeyd edək ki, “Biontech”/”Pfizer” peyvəndinin ilk partiyası Almaniyaya gətirilib, onlar 16 federal əyalət arasında bərabər paylanılacaq. Almaniya Federativ Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənmiş proqrama əsasən, peyvəndləmə dekabrın 27-də başlanılacaq və ilk növbədə 80 yaşdan yuxarı insanlar, qocalar evlərinin sakinləri və işçiləri, həmçinin yoluxma riski olan reanimasiya şöbələrindəki tibb işçiləri nəzərə alınacaq.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR