Almaniyanın Frankfurt-Mayn şəhərində II Dünya müharibəsi illərindən qalan təxminən 500 kiloqramlıq bomba zərərsizləşdirilib.
ONA xəbər verir ki, bu barədə şəhərin yanğından mühafizə xidməti “Twitter” vasitəsilə məlumat yayıb.
Bildirilir ki, bomba Avropa Mərkəzi Bankının mənzil-qərargahının yaxınlığında aparılan inşaat işləri zamanı aşkar olunub. Sursatın zərərsizləşdirilməsi işlərinin bir neçə gün davam etdiyi deyilir. Bununla yananşı, təxminən 16500 insan ərazidən köçürülüb.