• DÜNYA

    17:40 16 aprel 2023

Almaniyada ixtisaslı mütəxəssis çatışmazlığı pik hədə çatıb

Almaniyada hazırda iqtisadiyyatın nisbətən aşağı inkişaf tempinə baxmayaraq, ixtisaslı kadrların çatışmazlığı rekord səviyyəyə çatıb.

ONA-nın “Alman dalğası”-na istinadən verdiyi xəbərə görə, keçən il Almaniyada 630 min vakant iş yeri olub.

Alman İqtisadiyyatı İnstitutunun tədqiqatlarına əsasən, bu, 2010-cu ildən sonra qeydə alınan ən yüksək göstəricidir.

Orta hesabla, sosial kömək, tərbiyə, o cümlədən tikinti, arxitektura sahələrində hər 10 yerdən 6-ı vakantdır. Coğrafiya və informatika sahələrində də kadr çatışmazlığı müşahidə olunur. Kommersiya xidməti, ticarət, mehmanxana biznesi və turizm sahəsində hər 10 iş yerindən 3-ü boşdur.

Hazırda Almaniyada informatika, elektrotexnika, inşaat işlərinin planlaşdırılması və nəzarət üzrə ali təhsilli ekspertlərə böyük ehtiyac var. Bu sahələrdə 10 iş yeridən 9-u vakantdır.

Ekspertlər hesab edirlər ki, miqrasiya olmadan Almaniyada ixtisaslı mütəxəssis çatışmazlığı problemini həll etmək mümkün deyil.

ONA

Teqlər:

SON XƏBƏRLƏR