Almaniyada koronavirusun yeni növünə yoluxanların sayı 9367 nəfərə çatıb.
APA “TASS”-a istinadən xəbər verir ki, bunu Almaniya Federativ Respublikasının federal torpaqlarından əldə olunan məlumatları əsasında “N-tv” telekanalı bildirib.
Bundan əvvəl “DPA” agentliyi 8598 yoluxma halının qeydə alındığını bildirmişdi. Son məlumata görə, virusa yoluxma nəticəsində 26 ölkə vətəndaşı ölüb.