• DÜNYA

    22:29 4 may 2019

Almaniyada şirlər heyvanat parkının işçisinə hücum edib

Almaniyada yerləşən bir heyvanat parkında iki şir park nəzarətçisinə hücum edib.

ONA-nın verdiyi xəbərə görə, bu barədə “Daily Mail” məlumat yayıb.

Məlumata görə, 24 yaşlı baxıcı heyvanları yemləmək üçün qəfəsə daxil olub, bu vaxt şirlərdən ikisi onun üstünə atılıb.

24 yaşlı gəncin köməyinə digər park nəzarətçiləri gəlib və baxıcını qəfəsdən çıxarıblar. Onun ciddi xəsarət aldığı deyilir, bununla belə, həyatı üçün hər hansı təhlükənin olmadığı açıqlanıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR