Almaniyanın hüquq-mühafizə orqanları Hessen və Reynland-Pfalts bölgələrində antiterror əməliyyatları keçiriblər.
ONA-nın TASS-a istinadən yaydığı xəbərinə görə, Frankfurt prokurorluğu 11 nəfərin tutulması haqda məlumat verib.
Saxlanılan şəxslərdən üçünün vəhhabi olduğu bildirilir. Onlar odlu silahlar və avtomobillər vasitəsi ilə hücumlar təşkil etmək niyyətində olublar.