Almaniyada zooparkda yanğın olub
  • DÜNYA

  • 15:20 01 Yanvar 2020

Almaniyada zooparkda yanğın olub

Almaniyada zooparkda yanğın olub.

ONA-nın “Alman dalğası”na istinadən verdiyi məlumata görə, Krefeld şəhərində yerləşən zooparkda yanğın zamanı bütün meymunlar ölüb.

Yanğın qorillaların yaşadığı bağa isə keçməyib və qorilla ailəsi sağ qalıb. Yanğınsöndürənlər gecə ərzində zooparkda yanğının söndürülməsinə çalışıblar. Yanğının səbəbi məlum deyil.

Polis araşdırma aparır.

Qeyd edək ki, sahəsi 2000 kv.m olan zoopark 1975-ci ildə tikilib. Zooparkda oranqutan, şimpanze, yarasa və quşlar olub. Keçən il isə oranqutanlar və şimpanzelər üçün zooparkda ayrıca sahə ayrılıb.

OXŞAR XƏBƏRLƏR