• DÜNYA

    06:25 14 yanvar 2020

Almaniyadakı ABŞ aviabazasında iki pilotun meyiti tapılıb

ABŞ Hərbi Hava Qüvvələri keçən həftə Qərbi Almaniyadakı Amerika hərbi bazasında cəsədləri tapılan 20 yaşlı iki hərbçinin ölüm səbəbini araşdırır.

APA xəbər verir ki, bu barədə “CBS News” məlumat yayıb.

Birinci dərəcəli pilot Ksavier Liphart və Aziss Uaytherst 9 yanvarda “Spangdahlem” aviabazasındakı yataq otağında ölmüş vəziyyətdə tapılıb.

“Ölüm səbəbi hələ araşdırılır. Əlavə məlumat olduqdan sonra açıqlanacaq”, - Hərbi Hava Qüvvələrinin mətbuat katibi Valeri Sili belə deyib.

O əlavə edib ki, ümumi otaqda bazanın başqa üzvləri olmayıb və pilotların hər ikisinin də otaq yoldaşları yoxdur.

ONA

Teqlər:

SON XƏBƏRLƏR