Bu ilin birinci rübündə Almaniyadan 5613 nəfər deportasiya edilib.
ONA-nın "Funke" nəşrinə istinadən verdiyi məlumata görə, bu, Bundestaqda Almaniya Sol Partiyasının sorğusuna cavab olaraq Almaniya Daxili İşlər Nazirliyinin təqdim etdiyi məlumatda əksini tapıb.
Miqrantlar ən çox İtaliya, Albaniya və Gürcüstana göndərilib.
Qeyd edək ki, 2018-ci ilin anoloji dövründə Almaniyadan 6235 nəfər, ümumilikdə isə keçən il 24 minə qədər miqrant deportasiya edilib.
Ümumilikdə, son illər Avropa İttifaqına üz tutan qeyri-leqal miqrantların sayında azalma müşahidə olunur. Məsələn, 2018-ci ildə 150 min 114 nəfər Avropa İttifaqı sərhədlərini qanunsuz keçib. Bu, 2017-ci illə müqayisədə 27 faiz azdır.