• DÜNYA

    06:36 28 avqust 2019

Altı ildə Rusiyanın 60 hava limanı əsaslı təmir ediləcək


Rusiya Prezidenti Vladimir Putin Saratov vilayətində yeni Qaqarin Beynəlxalq Hava Limanını ziyarət edib.

APA-nın Rusiya KİV-ə istinadla verdiyi xəbərə görə, Putin açılış mərasimində qeyd edib ki, 6 ildə ölkənin 60 hava limanının əsaslı təmir edilməsi planlaşdırılır.

Qeyd edək ki, ümumi sahəsi 23 min kvadratmetr olan Qaqarin Beynəlxalq Hava Limanı Saratovdan 30 km məsafədə Saburovka kəndi yaxınlığında yerləşir. Sərnişin terminalının gücü ildə 1 milyon nəfərdir.

Yeni hava limanının uçuş-enmə zolağının uzunluğu 3 min metr, eni 45 metrdir. Hava limanı “Boeing 767-300 ER” tipli təyyarəni qəbul edə bilir. Burada eyni zamanda 21 təyyarənin park etməsi mümkündür. Qaqarin limanı Rusiyanın yeni tarixində təməldən qurulan ikinci böyük hava limanıdır.

ONA

Teqlər:

SON XƏBƏRLƏR