Çərşənbə axşamı ABŞ-ın Alyaska əyalətinin sahillərində 5.7 bal gücündə zəlzələ qeydə alınıb.
APA xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Zəlzələnin episentri Alyaskadakı Sitka şəhərindən 251 km qərbdə, təxminən 8 min insanın yaşadığı şəhərdə yerləşib. Təkanlar 11,9 km dərinlikdə baş verib.
İnsan tələfatı, sunami və dağıntılar barədə məlumat verilməyib.