• DÜNYA

    07:35 20 oktyabr 2020

Alyaska sahillərində 7,4 maqnitudalı zəlzələ olub

ABŞ-ın Alyaska ştatı sahillərində seysmoloqlar 7,4 bal gücündə zəlzələ qeydə alıb.

APA xəbər verir ki, bu barədə ABŞ Geoloji Araşdırmalar Xidməti məlumat yayıb.

Məlumatda zəlzələnin episentrinin təxminən 1000 nəfərin yaşadığı Sand-Point qəsəbəsindən 94 km cənub-şərqdə, ocağının isə 41 km dərinlikdə yerləşdiyi qeyd olunub.

ABŞ-ın milli sunami xəbərdarlığı mərkəzi zəlzələdən sonra sunami xəbərdarlığı edib.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR