• DÜNYA

    11:59 18 avqust 2019

Alyaskada anomal hava şəraiti balıqların kütləvi ölümünə səbəb olub

ABŞ-ın Alyaska ştatında müşahidə edilən isti hava şəraiti losos balıqlarının (qızıl balıqların bir növü) ölümünə səbəb olub.

APA-nın xəbərinə görə, bu barədə CNN telekanalı Yukon Qəbilə Balıq Komissiyasının direktoru Stefani Kuinn-Devidsona istinadən məlumat yayıb.

İyulun sonlarında Alyaskada Koyukuk çayı boyunca təşkil edilən ekspedisiya zamanı yerli sakinlər lososların kütləvi tələf olması barədə məlumat veriblər. Ekspedisiya 850-yə yaxın ölmüş losos aşkarlayıb. Ekspedisiyanın qiymətləndirməsinə görə, ölən balıqların syaı bundan 10 dəfə çox ola bilər. Balıqların kütləvi ölümünün səbəbi isti hava şəraiti nəticəsində yaranan "isti stressi"dir.

Qeyd edək ki, bundan əvvəl ABŞ Meteoroloji Xidməti iyul ayında Alyaskanın bir sıra rayonlarında yüksək temperatur müşahidə olunduğu barədə məlumat yayıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR